Bağban axtarılır, illik maaşı 78400 manat olacaq 

09:30 01.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kral III Çarlz Bukingem sarayının bağına qulluq etmək üçün “Bağlar meneceri” axtarır.

Hafta.az-ın yazdığına görə, Kral III Çarlzın bitkiləri və bağçaları sevən birini işə götürmək istədiyi deyilir və belə birinə yüksək maaş veriəcəyini bəyan edib. Hətta yeni mütəxəssisə ildə 40 min sterlinq (78400 manat) ödəməyə razı olduğu da deyilir.

Daily Mail-də yer alan xəbərinə görə, həftədə 39 saat çalışacaq işçidən bitkilərə həvəsli olması istənilərkən, uyğun namizədin "minlərlə insanın heyran qaldığı bağlara baxacağı" xüsusi qeyd edilib.

Kral ailəsinin rəsmi saytındakı iş elanında deyilir: "Bağların direktoru kimki, Bukingem Sarayının bağlarının abadlaşdırılması, təqdimatı və baxımına cavabdeh olacaqsınız və bunu etmək müstəsna bir standartdır".

Həmçinin bildirilir ki, işə götürülənlər Kral bağlarının gələcəyini formalaşdırmağa kömək edəcək və biomüxtəlifliyi nəzərə almalıdırlar.